Azərbaycanda 7 nəfər zəhərlənib öldü 

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda 7 nəfər zəhərlənib öldü 

Sosial

05 Sentyabr 2023 09:37 428


Avqust ayında Kliniki Tibbi Mərkəzə zəhərlənmə ilə bağlı 703 nəfər müraciət edib. 

Mərkəzin Mətbuat xidmətindən Yenisabah.az-a verilən məlumata görə, onlardan 162 nəfər Toksikologiya şöbəsinə qəbul edilib, digərlərinə isə ilkin tibbi yardım göstərilərək evə buraxılıb. 

Qəbul olunan xəstələrdən 83-ü dərmandan, 37-si sirkə turşusundan, 17-si etanoldan, 2-si dəm qazından 1-i anaflaksiyadan zəhərlənib. Digərlərindən 4-ü allergik reaksiyadan, 1-i isə botulizm səbəbindən xəstəxanaya yerləşdirilib.  pizza sifarişi

Həmçinin onlardan 16 nəfəri ilan, 1-ni isə həşərat sancıb. 

Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 7-si dünyasını dəyişib. Onlardan 6-sı kişi, 1-i qadın olub. Ölüm halının 6-sı sirkə turşusundan, 1-i isə dərman zəhərlənməsindən baş verib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!