Paşinyan: Ermənistanda yeni seçki keçirilə bilər

saytların hazırlanması

Evə çatdırılma

Paşinyan: Ermənistanda yeni seçki keçirilə bilər

Dünya

22 Oktyabr 2026 14:00 80


Ermənistanın Baş naziri Nikol Paşinyan yeni konstitusiyanın qəbul edilməsi üçün növbədənkənar parlament seçkilərinin keçirilməsini istisna etməyib.

"Yeni Sabah" Armenpress-ə istinadla xəbər verir ki, o, beifinqdə qeyd edib:

"Tezliklə yeni konstitusiyanın layihəsini dərc edəcəyik, müzakirələrə başlayacağıq və müxalifətdəki həmkarlarımızı bunun çox vacib və fundamental məsələ olduğuna inandırmağa çalışacağıq. Bu, dövlətin uzunömürlülüyünü müəyyən etmək məsələsidir. Çalışacağıq, amma bu işə yaramasa, növbədənkənar seçkilərin keçirilməsi də daxil olmaqla, başqa ssenariləri də həyata keçirəcəyik". pizza hut

N.Paşinyan bildirib ki, Vətəndaş Müqaviləsi partiyasının yeni konstitusiyanı qəbul etmək üçün parlamentdə konstitusiya çoxluğu yoxdur və müxalifət deputatlarının dəstəyinə ehtiyac var:

"Əgər erməni xalqı hökumətin elan etdiyi sülh dövrünün və yeni konstitusiyanın əldə edilə bilməyəcəyinə inanırsa, müəyyən bir məqamda siyasi missiyamın tükəndiyi aydın ola bilər".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!