Azərbaycanda bank xidmətlərindən istifadə edən müştərilərin sayı artmaqda davam edir.
“Yeni Sabah” xəbər verir ki, 2026-cı ilin yanvar-iyul aylarında ölkə üzrə bank müştərilərinin sayı 16 milyon 767 min 877 nəfərə çatıb.
Bu göstərici ötən ilin eyni dövründə 15 milyon 778 min 802 nəfər olub. Beləliklə, bir il ərzində bank müştərilərinin sayında 989 min 75 nəfərlik və ya 6,27 faizlik artım qeydə alınıb. pizza hut
Hesabat dövründə banklarda açılmış müştəri hesablarının ümumi sayı isə 60 milyon 500 min 578 ədəd təşkil edib.
Bank müştərilərinin əsas hissəsini fiziki şəxslər təşkil edib. Belə ki, yanvar-iyul aylarında fiziki şəxs olan müştərilərin sayı 16 milyon 592 min 888 nəfər olub.
Onların 1 milyon 128 min 898 nəfəri sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdir.
Eyni dövrdə bankların hüquqi şəxs müştərilərinin sayı 174 min 989 nəfər təşkil edib.
Telegram kanalımız