Azərbaycanda bu deputatın mandatı ləğv edildi   -FOTO

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda bu deputatın mandatı ləğv edildi -FOTO

Siyasət

01 Oktyabr 2026 18:02 130


Bu gün Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının iclası keçirilib.

"Yeni Sabah" xəbər verir ki, iclasda əvvəlcə Komissiyanın 11 dekabr 2025-ci il tarixli iclasının protokolu təsdiq olunub.

Sonra VII çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Qəzənfər İsmayıl oğlu Abdullayevin deputat mandatından məhrum edilməsinə köməklik göstərilməsi barədə ərizəsinə baxılıb. Toyuqlu pizza

Ali Məclisin deputatı Qəzənfər Abdullayevin müraciəti qanunvericiliyə uyğun qaydada Mərkəzi Seçki Komissiyasında araşdırılıb və onun mandatından məhrum edilməsi üçün qanuni əsasın olduğu müəyyənləşib.

Naxçıvan Mərkəzi Seçki Komissiyası Qəzənfər Abdullayevin ərizəsini nəzərə alaraq, Naxçıvan Muxtar Respublikası Konstitusiyasının və "Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında" Naxçıvan Muxtar Respublikası Qanununun müvafiq maddələrinə uyğun olaraq onun deputat mandatından məhrum edilməsi barədə qərar qəbul edib.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!