Azərbaycanda bu məhsul da bahalaşdı...

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda bu məhsul da bahalaşdı...

Sosial

19 Fevral 2024 17:10 9482


Azərbaycanda toyuq ətində bahalaşma nəzərə çarpır. Gündəlik tələbat məhsulları sırasına daxil olan bu məhsulun qiymətində 1-2 manat arasında dəyişiklik müşahidə edilir. Bəs bu artım əhalinin məhsula olan tələbatı, yoxsa istehsalın azalması ilə bağlıdır? 

Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “Yeni Sabah”a açıqlama verib. O bildirib ki, bahalaşmanın əsas səbəbi əhali arasında toyuq məhsullarına olan təlabatın artmasıdır: 

“Toyuq məhsullarının qiymətində müəyyən qədər artım müşahidə edilir. Bunun da əsas səbəbi insanların toyuq ətinə olan təlabatının artmasıdır. Tələbatın artmasına isə mal və qoyun ətindəki bahalaşma səbəb olub. Bu səbəbə görə əhali toyuq məhsullarına üz tutub. Bu da öz növbəsində toyuq əti və bu növdən olan məhsulların qiymətində müəyyən bahalaşmaya gətirib çıxarıb. Çünki təlabat artırsa, qiymət artımı da qaçılmazdır”.  pizza sifarişi

Eyyub Hüseynov qeyd edib ki, bir qrup şəxs toyuq məhsullarındakı qiymət artımına müəyyən dərəcədə təsir edə bilər: 

“Azərbaycan özünü quş məhsulları ilə tam təmin edə bilər. Bu barədə müəyyən addımlar atılmalıdır. Onlardan biri də xaricdən gələn bu mallara verilən üstünlüyün aradan qaldırılmasıdır. Quşçuluq məhsullarının istehsalı ilə məşğul olan insanlar bir qrupdur. Bu şəxslər həmin məhsulların bahalaşması üçün qiymət sövdələşməsinə də təsir edə bilər”. 

Azad İstehlakçılar Birliyinin sədri onu da vurğulayıb ki, bu məhsulların qiymətində ucuzlaşma müşahidə edilməsi gözlənilən deyil. 

Aytac Şahin 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Mehdi
    Onda ay camaat heç nə yeməyin ac qalaq qiymətləri onda endirəcəklər özləri üçün artıq kasıb millət qalmayacaq axı acından öləcəklər qalacaqlar özləri
    2 years ago
  • Kerim
    Bu ne dimeydi camat neynesin herseyin qiymetin qaldirirsiz maşii qaldirin. Gunuy telabat olan mesulardi bu kimi toyuq vesayre olmaz axi milet kasiar hacana kimi surunecey Allah gorur herşeyin dogrusunu birazda vigdaniz olsun hec olmasa ....
    2 years ago
  • Nahid Abu Esma
    Bu nədir belə bezdik sizin bu hər gün bahalaşma xəbərlərindən . Cammatı hiylə ilə aldatmayın. Yalandan xəbər atıb süni qiymətləri qaldırmayın ayıb olsun sizin kanala
    2 years ago