Azərbaycanda bu şəxslərə 1000-3000 manat veriləcək

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda bu şəxslərə 1000-3000 manat veriləcək

Mədəniyyət

23 Aprel 2026 10:00 233


“Ədibin Evi”nin təşkil etdiyi Mir Cəlal adına V Hekayə Müsabiqəsinin qalibləri mükafatlandırılıb.

“Yeni Sabah” verir ki, qaliblər müsabiqəyə 258 əsər təqdim edən 211 müəllifin arasından seçiliblər.

3-cü yerə Turan Uğurun “Əbabil Quşu”, Həmid Piriyevin “Müjdə”, Xatirə Nurgülün “Bilalın Qayıdışı” hekayələri,

2-ci yerə Elnur Məmmədlinin “Kəkələmə”, Ömər Xəyyamın “10410-cu gün” hekayələri layiq görülüb.

1-ci yeri isə Sərvanə Dağtumasın “Körpənin intiharı” kiçik hekayəsi qazanıb.

Qalibləri təbrik edən münsiflər heyətinin üzvləri xalq yaradıcılığı ilə klassik bədii üslubun qabaqcıl təcrübələrini ədəbiyyatımızın hekayəçilik ənənələrinə gətirən Mir Cəlalın irsinin gənc yazıçılar tərəfindən davam etdirildiyini təqdirəlayiq hesab ediblər.

Qeyd edək ki, qalib hekayələr geniş oxucu kütləsinə “Azərbaycan” jurnalının növbəti sayında təqdim ediləcək. Mükafat fondu 1-ci yer üçün 3 000 AZN, 2-ci yer üçün (2 nəfər) 2 000 AZN və 3-cü yer üçün (3 nəfər) 1 000 AZN nəzərdə tutulub.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!