Aydın Məmmədov dünyasını dəyişdi -   FOTO

saytların hazırlanması

Evə çatdırılma

Aydın Məmmədov dünyasını dəyişdi - FOTO

Sosial

23 Aprel 2026 09:16 360


Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti Aydın Məmmədov vəfat edib.

“Yeni Sabah” xəbər verir ki, o, 70 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Məmmədov Aydın Bayram oğlu 1956-cı ilin yanvarın 21-də Ağstafa şəhərində anadan olub.

1963-1973-cü illərdə Ağstafa şəhər 2 saylı məktəbdə təhsil alaraq məktəbi qızıl medalla bitirib. 1973-cü ildə AzXTİ-nin (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) Siyasi iqtisad ixtisasına qəbul olunmuşdur. 1978-ci ildə həmin ali məktəbi fərqlənmə diplomu ilə bitiribr. 1978-ci ildə Ali Təhsil Nazirliyinin təyinatı ilə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) “Siyasi iqtisad” kafedrasına assistent vəzifəsinə göndərilib.

1978-ci ilin dekabrından 1980-ci ilin iyun ayınadək ordu sıralarında qulluq edib. 1980-ci ilin iyun ayında əvvəlki iş yerinə, həmin vəzifəyə qayıdıb. 1981-ci ildə həmin kafedranın əyani aspirantı olub, 1984-cü ildə aspiranturanı bitirib. İqtisad elmləri namizədidir. Həmin ilin sentyabrında həmin kafedrada kabinet müdiri vəzifəsinə təyin olunub. 1988-ci ildə həmin kafedrada müəllim vəzifəsinə seçilib. 1991-ci ildə baş müəllim, 1993-cü ildə dosent vəzifəsinə seçilib. 1999-cu ildə BDU-nun “Beynəlxalq iqtisadi əlaqələr və idarəetmə” kafedrasında; 2006-cı ildə “Gömrük işinin təşkili və idarəetmə” kafedrasında dosent vəzifəsində işləyib. 2009-cu ildən Azərbaycan Dövlət İqtisad Universitetinin “İqtisadi nəzəriyyə-1” kafedrasında dosenti olub. Daha sonra UNEC-in “İqtisadiyyat” kafedrasında dosent vəzifəsində işləyib.

İki övlad atasıdır.

Aytac Əliyeva


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!