Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 yeni yoluxma faktı qeydə alınıb, 6 nəfər müalicə olunaraq sağalıb.
Yenisabah.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında ölən olmayıb. Dominos pizza
Azərbaycanda indiyədək ümumilikdə 831 945 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 821 648 nəfər müalicə olunaraq sağalıb, 10 282 nəfər vəfat edib, aktiv xəstə sayı 15 nəfərdir.
Ölkədə son sutka ərzində 138, hazırkı dövrədək isə 7 643 678 test aparılıb.
Telegram kanalımız