Azərbaycanda daha bir məktəbli qızılcadan öldü

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda daha bir məktəbli qızılcadan öldü

Sosial

05 Dekabr 2023 17:47 599


Neftçala rayonunun Aşağı Surra kənd sakini - 2013-cü il təvəllüdlü Əliyeva Samirə Elxan qızı qızılcadan ölüb.

Yenisabah.az Report-a istinadla xəbər verir ki, 10 yaşlı məktəbli xəstəxanaya çatdırılsa da, həkiməqədər ölüm halı qeydə alınıb.

Yaxınlarının bildirdiyinə görə, o, bir həftə əvvəl qızılcaya yoluxub. Ailəsi onu ev şəraitində müalicə etməyə çalışıb. Lakin getdikcə vəziyyəti daha da ağırlaşıb. S.Əliyeva xəstəxanaya aparılan zaman yolda vəfat edib. pizza

Onun qardaşı da bir müddət əvvəl qızılcaya yoluxub və sağalıb.

S.Əliyeva Aşağı Surra kənd tam orta məktəbinin 5-ci sinfində təhsil alırmış.

Məlumata görə, məktəblinin qızılcaya yoluxmasından sonra təhsil müəssisəsi dezinfeksiya edilib. Digər şagirdlərin səhhəti nəzarətdə saxlanılır.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!