Azərbaycanda efirdə əlbəyaxa dava - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda efirdə əlbəyaxa dava - VİDEO

Sosial

30 May 2022 08:24 17895


"Təsir dairəsi" ictimai-sosial verilişdə qalmaqallı anlar yaşanıb.

Sözügedən proqramda daha bir ailənin həyat dramı gözlər önünə gətirilib. Belə ki, Samirə adlı qadın baldızı Xuraman tərəfindən onu uşaqları ilə birlikdə evdən çıxarması tələb edib.

Xuraman studiyaya gələrək kulis arxasında qardaşı Elşənin narkoman olduğunu söyləyərək, Samirənin evdən çıxmasını istəyib. Pepperoni pizza

"Evlə bağlı məsələni bir Samirə, bir də Elşən bilər. Oğrunun özü Sevdanın özüdür. Anam rəhmətlik olmasaydı, dörd il bundan əvvəl telefon oğurluğu üstündə əlli-ayaqlı gedərdi".

Bu sözlərdən sonra Samirə ayağa qalxaraq Xuramana hücum çəkib.

"Anan dörd uşağı qoyub, yorğanın altından qaçıb. Qardaşın qızı, dayının arvadı belə. Mənə ləkə yaxa bilmərsən. Qızın narkotik satır".

Daha sonra ikili arasında kulis arxasında əlbəyaxa dava düşüb. Onları isə biri-birindən ayıran verilşin çəkiliş heyəti və aparıcısı Lalə Azərtaş olub.

Samirə studiyaya gətirilərək, kürsüyə əyləşdirilib. Əsəblərini cilovlaya bilməyən Samirə özünü döyməyə başlayıb. Daha sonra halı pisləşən qadına verilişdə ekspert qismində iştirak edən Əməkdar artist Nahidə Orucova su verərək köməklik edib.

Bundan sonra canlı efirdə gərgin anlar yaşanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!