Azərbaycanda gecə saatlarında sel gələn ərazilər açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda gecə saatlarında sel gələn ərazilər açıqlandı

Sosial

01 İyul 2023 12:27 879


“İyunun 30-da İsmayıllı və Kəlbəcər rayonlarına dolu düşüb”.

Yenisabah.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.

Onun sözlərinə görə, iyulun 1-də isə Oğuz rayonu ərazisindən keçən Əyriçayda, Qobustan rayonu ərazisindən keçən Pirsaatçayda, İsmayıllı rayon ərazisindən keçən Girdimançayda sel hadisəsi qeydə alınıb.  Dördpendirli pizza

O qeyd edib ki, iyunun 30-da leysan yağış nəticəsində saat 18:00-da İsmayıllı rayonu ərazisindən axan Girdimançaydan, Cülyan kəndi ərazisindən axan Cülyançaydan və Talıstan kəndi ərazisindən axan Talıstançaydan, saat 19:10-da isə Daşkəsən rayonu ərazisindən axan Dəstəfurçaydan, saat 19:20-də isə Əmirvar kəndi ərazisindən axan Əmirvarçaydan qısamüddətli sel keçib.

Qeyd edək ki, son günlər ölkə ərazisində hava qeyri-sabit keçir. Bəzi rayonlarda isə sel-daşqın hadisələri qeydə alınır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!