Türkiyədə baş verən zəlzələdən sonra ölkəmizdə həyət evlərinə tələbatın artdığı və qiymətlərin bahalaşdığı ilə bağlı məlumatlar yayılır.
Yenisabah.az Trend-ə istinadla xəbər verir ki, daşınmaz əmlak eksperti Elnur Azadov ölkəmizdə həyət evlərinin bahalaşacağı ilə bağlı proqnoz verməyin hələ tez olduğunu bildirib.
O deyib: "Ancaq hündürmərtəbəli binalarda yaşamaq fobiyası olan insanlar var. Belə insanlar düşünürlər ki, zəlzələ ola bilər deyə həyət evlərinə üstünlük verirlər. 2000-ci ildə Azərbaycanda baş verən zəlzələdən sonra da qısa müddətdə həyət evlərinə maraq artmışdı. Amma tez unuduldu və təsirləri aradan qalxdı. Hazırda Türkiyədə baş verən zəlzələ fonunda da ölkəmizdə həyət evlərinə maraq müvəqqəti olacaq." pizza sifarişi
Ekspertin sözlərinə görə, Türkiyədə baş verən zəlzələ ölkəmizdə hündürmərtəbəli binalarda qiymətlərin ucuzlaşmasına səbəb olmayacaq:
"Alıcıların az qismi həyət evləri almağa çalışacaq deyə, hündürmərtəbəli binalara tələbat həmişəki kimi çox olacaq. Belə ki, bu il yeni inşa olunacaq binaların sayı məhdudlaşacaq. Tikinti şirkətləri əvvəlki kimi tikintiyə icazə ala bilmirlər deyə hündürmərtəbəli binalarda mənzillərin qiyməti bahalaşacaq".
Telegram kanalımız