Azərbaycanda həyət evləri bahalaşıb? - AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda həyət evləri bahalaşıb? - AÇIQLAMA

Sosial

13 Fevral 2023 14:19 1522


Son günlər Azərbaycanda həyət evlərinin qiymətlərində bahalaşmanın olması ilə bağlı fikirlər səsləndirilir. Sosial şəbəkələrdə Türkiyədə baş verən zəlzələdən sonra ölkəmizdə həyət evlərinə tələbatın artığı və qiymətlərin bahalaşdığı deyilir.

Bəs Azərbaycanda həyət və bina evlərinin qiymətlərində dəyişikliklər varmı?

Məsələ ilə bağlı rieltor Mülkədar Rüstəmov AZXEBER.COM-a məlumat verib. Toyuqlu pizza

O qeyd edib ki, qiymətlərdə cüzi artımlar müşahidə olunsa da, bu, kütləvi hal deyil:

"Ümumiyyətlə, son bir həftədir ki, bu məsələ çox müzakirə olunur. Biz onu müşahidə edirik ki, kütləvi yox, fərdi hal olaraq qiymətlərdə 3 faiz artım müşahidə olunur. Bu da, əsasən, mərkəzə yaxın ərazilərdə, təkcə həyət evləri yox, torpaqlarda da az da olsa canlanma müşahidə olunur. Yəni, ümumi götürsək, 3 faiz civarında qiymət artımı müşahidə olunur. Amma bu, kütləvi hal deyil. Sadəcə fərdi qismdə bir neçə şəxs və ya şəxslər tərəfindən qiymətlərdə dəyişiklik olunub”. 

"Amma bizim ümumi fikrimiz budur ki, bu məsələ ilə bağlı yaxın vaxtlarda, mart ayında tam dəqiq nəsə demək olar. Amma indi kütləvi deyil, fərdidir”, - deyə o, əlavə edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!