Azərbaycanda icra başçısı xoruz döyüşdürdü: Bacısı oğlu ilə...

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda icra başçısı xoruz döyüşdürdü: Bacısı oğlu ilə...

Sosial

27 Mart 2025 16:16 19683


Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı bu dəfə bacısı oğlu ilə xoruz döyüşdürərkən görüntülənib. 

Qaynarinfo-nun məlumatına görə, Beyləqan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 18 mart 2025-ci il tarixdə rayon stadionunda baş tutan şənlikdə icra başçısı Əziz Əzizov və vəzifə verdiyi bacısı oğlu Murad Ağayev də iştirak edib. 

Bayram tədbirində Əziz Əzizov səhnələrə, çoxsaylı bayram süfrələrinin ətrafında qədim el-elat görüntülərinə baxış keçirib. Ən çox diqqət çəkən məqam isə icra başçısının bacısı oğlu ilə yan-yana xoruz döyüşünü izləmələri olub.  pizza mizza

Qeyd edək ki, bundan əvvəl Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov bacısı oğlu Murad Ağayevi özünə köməkçi təyin etməsi ilə bağlı məlumat yayımışdıq. Bütün tədbirlərdə ön sırada olan Murad Ağayevə icra başçısı tərəfindən vəzifə verilməsi xəbəri İcra Hakimiyyəti tərəfindən təkzib edilmişdi. Yayılan son görüntülər Murad Ağayevin vəzifəyə təyin edilməsini bir daha təsdiq edir. 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Məhəmməd Hüseynov,Ağdam Teatrının direkt
    Bu yaxınlarda teatrımız Beyləqan rayonunda qastrol səfərində olmuşdu. Rayonun başçısı da tamaşada iştirak edirdi. Çox səmimi, mehriban,ziyalı bir insan kimi tanldıq cənab başçını. Nə olsun ki, Novruz bayramı şənliyində elə bir səhnə olub.
    1 year ago
  • Elchin
    chox bosh bosh ishiniz var vallah. nazir balalari deputat balalari qohumlari general balalari qohumlari at oynadir duxunuz chatmir yazasiz. icra hakimi sakinlerin heveslerine baxmaq bacisi oglunu surucu teyin etmek )) nem vallah eleyin bayraq gorek ne elde edeceksiz
    1 year ago