Azərbaycanın mobil və sabit genişzolaqlı internet şəbəkələrinin qlobal sürət reytinqindəki mövqeyi məlum olub.
“Yeni Sabah” xəbər verir ki, 2026-cı ilin avqust ayının göstəricilərinə görə, Azərbaycan mobil internet sürətinə görə 102 ölkə arasında 47-ci pilləyə yüksəlib. Ölkəmiz əvvəlki hesabat dövrü ilə müqayisədə reytinq cədvəlində 1 addım irəliləyərək 55 dövləti geridə qoymağı bacarıb.
Hesabat dövründə respublika üzrə mobil internetin orta yükləmə sürəti 109,05 Mbps təşkil edib. Analoji müsbət dinamika sabit genişzolaqlı internet göstəricilərində də özünü göstərib. Belə ki, orta yükləmə sürəti 129,68 Mbps-ə çatan Azərbaycan sabit internet üzrə 149 ölkə arasında 78-ci yerdə qərarlaşıb və əvvəlki dövrlə müqayisədə 3 pillə irəliləyib. Dominos pizza
Bu göstəricilər ölkə ərazisində rəqəmsal infrastrukturun genişləndirilməsi istiqamətində atılan addımların nəticəsidir.
Telegram kanalımız