Azərbaycanda kafe və restoranlar açıldı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda kafe və restoranlar açıldı

Sosial

01 Fevral 2021 00:11 1010


Azərbaycanda koronavirusun geniş yayılmasının qarşısının alınması üçün sərtləşdirilmiş xüsusi karantin rejimi çərçivəsində fəaliyyətinə qadağa qoyulmuş ictimai iaşə obyektləri, eləcə də restoran, kafe, çay evləri və bu kimi digər məkanların bu gün saat 00:00-dan etibarən fəaliyyətinə icazə verilib.

Yenisabah.az xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, qərara əsasən, sözügedən məkanlarda müştərilərə saat 06:00-dan 00:00-dək yerində xidmətlər bərpa olunur.  Toyuqlu pizza

Həmçinin qeyd olunub ki, fəaliyyətinə icazə verilən iş və xidmət sahələrində pandemiya dövrü ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları ilə müəyyən edilmiş məhdudiyyət və tələblərə ciddi riayət olunmalıdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!