Azərbaycanda koronavirusdan daha bir nəfər öldü - Foto

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda koronavirusdan daha bir nəfər öldü - Foto

Sosial

15 Noyabr 2022 19:24 1006


Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 36 yeni yoluxma faktı qeydə alınıb, 39 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yenisabah.az-a verilən məlumata görə, analiz nəticələri müsbət çıxan bir nəfər ölüb.

İndiyədək ölkədə ümumilikdə 823 761 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 813 612 nəfər müalicə olunaraq sağalıb, hazırda 184 aktiv xəstə var. Bu günə qədər 9 965 nəfər vəfat edib. Dominos pizza

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 448, bu günə qədər isə ümumilikdə 7 347 597 test icra olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!