Azərbaycanda məşhur iş adamı binadan yıxılıb həlak oldu

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda məşhur iş adamı binadan yıxılıb həlak oldu

Hadisə

13 Sentyabr 2022 17:31 19258


AAAF Park Yaşayış Kompleksinin əsas şəriklərindən biri, Holdinqin prezidenti Tofiq Heydərovun yaxın dostu və sinif yoldaşı, iş adamı  Elçin Səfərov həlak olub.

“Yeni Sabah” xəbər verir ki, bədbəxt hadisə dünən gecə baş verib. E. Səfərov Yeni Yasamal qəsəbəsində, yaşadığı mənzilin eyvanından yıxılıb. 

Üçüncü mərtəbədən yıxılan iş adamının başı əvvəlcə kondisionerə, daha sonra yerə dəyib. Hadisə nəticəsində E. Səfərov həlak olub.

Bildirək ki, E. Səfərov uzun müddət “AAAF Park-Astara”nın direktoru vəzifəsində çalışıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!