Azərbaycanda minik maşınlarının istehsalı azaldı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda minik maşınlarının istehsalı azaldı

Avto

17 Sentyabr 2026 13:28 66


2026-cı ilin yanvar–avqust aylarında ölkədə nəqliyyat vasitələrinin istehsalı sahəsində fərqli dinamika müşahidə olunub.

“Yeni Sabah” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə 1 929 minik avtomobili istehsal edilib ki, bu da ötən ilin eyni göstəricisi ilə müqayisədə 16,5 faiz azalma deməkdir.

Digər nəqliyyat vasitələrinin buraxılışında isə ciddi artım qeydə alınıb. Səkkiz ay ərzində ölkədə 224 avtobus istehsal olunub və bu sahədə 44,5 faizlik artım göstəricisi əldə edilib. Marqarita pizza

Yük avtomobillərinin istehsalında isə kəskin yüksəliş baş verib - hesablanmış dövrdə konveyerdən 597 yük maşını çıxıb ki, bu da illik müqayisədə 2,7 dəfə çoxdur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!