Xankəndi və Naxçıvan şəhərlərində müntəzəm marşrut xətləri “brutto müqavilə” sisteminə keçirilib.
Bu barədə "Yeni Sabah"a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
Bildirilib ki, növbəti mərhələdə Gəncə şəhərinin müntəzəm marşrut xətlərinin də bu modelə inteqrasiyası həyata keçiriləcək. pizza
Yeni modelə əsasən, daşıyıcılara qət edilən məsafə və göstərilən xidmətin keyfiyyətinə görə ödəniş ediləcək. Marşrutlar üzrə avtobusların sayı, hərəkət intervalı, məsafə və digər xidmət göstəriciləri əvvəlcədən müəyyənləşdiriləcək.
Yeni yanaşma sərnişin sayından asılı olmayaraq avtobusların qrafik üzrə fəaliyyət göstərməsinə, xidmət keyfiyyətinə daha sistemli nəzarətə və daşıyıcıların maliyyə dayanıqlığının təmin edilməsinə imkan verəcək.
Həmçinin bu model avtobus parkının yenilənməsinə, müasir və ekoloji təmiz nəqliyyat vasitələrinin alınmasına şərait yaradacaq.
Aytac Əliyeva
Telegram kanalımız