Azərbaycanda “Omicron” şoku: Yoluxma sürətlə artır

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda “Omicron” şoku: Yoluxma sürətlə artır

Sosial

27 Yanvar 2022 12:26 770


Azərbaycanda koronavirusun “Omicron” ştamı sürətlə yayılmağa başlayıb.

Kliniki Tibbi Mərkəzdən Yenisabah.az-a verilən xəbərə görə, bu həftə ərzində 8114 nəfər koronavirusa yoluxub, onlardan 53-ü dünyasını dəyişib.

Mərkəzin baş infeksionisti Fərrux Sədirov mövcud durumla bağlı ictimaiyyətə müraciət edərək bildiriB ki, bəzi insanlarda arxayınlıq yaranıb və bu çox təhlükəlidir: Pepperoni pizza

“İki doza peyvənd olunanlar arxayınlaşmasınlar, çünki peyvənddən 5 ay sonra immunitet zəifləməyə və virusu unutmağa başlayır. “Buster” (üçüncü) dozaya isə həm gücləndirici, həm də xatırlatma dozası deyə bilərik. Çünki “buster” doza qəbul olunanda bədən virusu xatırlayır və ona qarşı dayanıqlı hala gəlir”.

Baş infeksionist əlavə edib ki, aparılan tədqiqatların nəticələrinə görə, “Omicron”a qarşı iki doza vaksin 25 faiz qoruma yarada bilirsə, üçüncü dozadan sonra bu rəqəm 70 %-in üzərinə çıxır:

“Omikron”dan qorunmanın əsas çıxış yolu peyvəndlənmə olaraq qalır. “Buster” dozanı qəbul etmək və əsas qaydalara əməl etməklə həm özünüzü, həm də ailənizi qoruya bilərsiniz”.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!