Azərbaycanda psixi xəstəliklərlə bağlı statistika açıqlanıb.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata görə, 2010-cu ildə qeydiyyatda olan xəstələrin sayı hər 100 min nəfərə 1440,5 təşkil edib. 2015-ci ildə bu göstərici 1002,3-ə enib. Dördpendirli pizza
Sonrakı illərdə göstəricidə yenidən artım qeydə alınıb. Belə ki, 2020-ci ildə 1060,2, 2021-ci ildə 1084,2, 2022-ci ildə isə 1124,1 olub. 2023-cü ildə göstərici 1112,1, 2024-cü ildə 1151,3 təşkil edib.
2025-ci ildə isə qeydiyyatda olan psixi xəstələrin sayı hər 100 min nəfərə 1087,1 olub.
İlk dəfə diaqnozu müəyyən olunmuş xəstələrin göstəricisi isə 2010-cu ildə 55,8, 2015-ci ildə 53,6, 2020-ci ildə 40,4 təşkil edib.
2021-ci ildə ilk dəfə diaqnoz müəyyən olunan xəstələrin göstəricisi 47,3-ə, 2022-ci ildə 69,2-yə yüksəlib. 2023-cü ildə isə son illərin ən yüksək göstəricisi qeydə alınıb – 99,5.
2024-cü ildə bu rəqəm 82,1-ə, 2025-ci ildə isə 59,2-yə enib.
Aytac Əliyeva
Telegram kanalımız