Azərbaycanda quzu əti bahalaşdı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda quzu əti bahalaşdı

Sosial

13 İyul 2022 09:10 1075


Azərbaycanda quzu əti bahalaşıb. Xezerxeber.az-ın məlumatına görə, bazarda qoyun əti 7-8, quzu əti isə 15-16 manatdır. Halbuki indiyə kimi quzu əti 13-14 manat idi.

Mövcud qiymət artımı vətəndaşları narahat edir. Onlar hazırkı qiymətin ciblərinə uyğun olmadığını deyirlər.

Bəs quzu ətinin baha olmasının səbəbi nədir? Ət satışı ilə məşğul olan şəxslər ölkə üzrə quzu ətinin topdansatış qiymətinin artdığını deyirlər. pizza

Heyvandarlıq təsərrüfatlarının sahibləri də deyilən fikirləri təsdiqləyirlər.

Mal-qaranın əsas qidasını təşkil edən otun bahalaşmasının səbəblərindən biri məhsuldarlığın az olmasıdır. Digər səbəb isə xaricdən idxal olunan gübrələrin bahalaşmasıdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!