Azərbaycanda suya limit qoyulacaq? - RƏSMİ 

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda suya limit qoyulacaq? - RƏSMİ 

Sosial

03 May 2024 13:19 536


Son illərdə yağıntıların azalması, orta illik temperaturun yüksəlməsi su ehtiyatlarının azalmasına, quraqlığa səbəb olur və bütün bunlar ölkəmizdə də əhalinin içməli su təchizatına mənfi təsir edir. Eyni zamanda, Bakıda əhalinin artması da su probleminə təsir göstərən amillərdəndir. 

Həmçinin sayğacdankənar istifadə halları, tikinti normalarına cavab verməyən fərdi şəbəkələrin mövcudluğu, bağ və həyət evlərində yaşıllıqların içməli su ilə suvarılması da israfçılığa gətirib çıxarır. Bütün bunların qarşısını almaq məqsədilə ölkədə suyun qiymətinin artırılması, yaxud sudan istifadəyə görə müəyyən limitlərin qoyulması kimi addımlar atıla bilərmi?

Mövzu ilə bağlı Metbuat.az-a danışan “Azərsu ASC”nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib ki, hazırda sözügedən məsələ gündəmdə deyil: pizza sifarişi

"Ölkədə suyun qiymətinin artırılması və ya limitin tətbiq edilməsi müzakirə edilmir". 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!