Azərbaycanda  taksilərdə gedişhaqqı bahalaşdı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda  taksilərdə gedişhaqqı bahalaşdı

Sosial

03 İyul 2023 13:17 17136


Son vaxtlar taksi qiymətlərində artım müşahidə olunur. Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyevin “Taksi qiymətləri birmənalı şəkildə qalxacaq” açıqlaması və taksi fəaliyyəti ilə bağlı yeni dövlət rüsumlarının təyin edilməsi sosial şəbəkələrdə də müzakirə mövzusu olub. Qanuna dəyişikliyin tətbiqi oktyabrın 1-dən gözlənilsə də, bu qərar taksi xidmətlərinin qiymətinə indidən təsir edib. 

"Yeni Sabah" Xezerxeber.az-a istinadən xəbər verir ki, “Xəbər Ertəsi”ninəməkdaşları taksi xidmətindən yararlananlar arasında sorğu keçirib.

Məlum olub ki, bahalaşmanı hiss edənlər yalnız xanım sərnişinlərdir. Dominos pizza

Kişilər isə qiymət artımına çox diqqət etmədiklərini, əksinə, artımın normal olduğunu bildiriblər.

Taksi sürücüləri də xidmətlərdə müəyyən qədər bahalaşma olduğunu təsdiqləyiblər.

Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bildirib ki, bəzi sərnişinlər narazı olsa da, mövcud vəziyyət normal qəbul edilməlidir.

Ekspertlər qiymətlərin tədricən bir az da artacağını proqnozlaşdırırlar.

Sözügedən videomaterialı təqdim edirik:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!