ABŞ Konqresinin Nümayəndələr Palatası ölkədə “TikTok” sosial şəbəkəsinin mümkün qadağası ilə bağlı qanun layihəsini dəstəkləyib.
Yenisabah.az Oxu.Az-a istinadən xəbər verir ki, Azərbaycanda da “TikTok” platformasının fəaliyyətindən narazılıqlar var.
ABŞ-də sözügedən platformanın istifadəsinə qoyulan qadağa müzakirələrə səbəb olub. pizza sifarişi
Bəs Azərbaycanda “TikTok” platformasının fəaliyyəti dayandırıla bilərmi?
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Elektron Təhlükəsizlik Xidməti (ETX) ilə əlaqə saxladıq.
ETX-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda qeyd olunan məsələ ilə bağlı dövlət səviyyəsində müzakirə aparılmır.
Qeyd edək ki, ABŞ-də sözügedən təşəbbüsün məqsədi platformanın Çin tərəfindən idarə olunan istənilən qurum, o cümlədən hazırda “TikTok”a sahib olan “ByteDance” şirkəti ilə əlaqələrini kəsməkdir.
Telegram kanalımız