Şamaxıda daha bir zəlzələ olub -   YENİLƏNDİ

saytların hazırlanması

Evə çatdırılma

Şamaxıda daha bir zəlzələ olub - YENİLƏNDİ

Hadisə

28 Fevral 2026 09:18 335


Şamaxıda daha bir zəlzələ qeydə alınıb.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Məlumata görə, zəlzələ Pirqulu stansiyasından 23 km cənub-qərbdə Şamaxı rayonunda zəlzələ qeydə alınıb. Maqnitudası 3 olan zəlzələ hiss olunmayıb.

Yeraltı təkanın ocağı 13 kilometr dərinlikdə qeydə alınıb.

***

09:05

Ötən gecədən başlayaraq bu gün səhər saatlarına qədər Şamaxı rayonunda üç dəfə zəlzələ qeydə alınıb.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

İlk zəlzələnin maqnitudası 3.0 olub. Yeraltı təkanın ocağı 8 kilometr dərinlikdə qeydə alınıb.

İkinci zəlzələnin maqnitudası 3.6 olub. Yeraltı təkanın ocağı 14 kilometr dərinlikdə qeydə alınıb.

Səhər saatlarında baş verən üçüncü zəlzələnin maqnitudası 3.8 olub.

Yeraltı təkanın ocağı 13 kilometr dərinlikdə qeydə alınıb.

Dağıntı və tələfat barədə rəsmi açıqlama yoxdur.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!