Azərbaycanın bu rayonunda hinduşka bayramı keçirildi - Video

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanın bu rayonunda hinduşka bayramı keçirildi - Video

Sosial

26 Noyabr 2022 13:01 21496


Biləsuvar rayonunda hinduşka (hind toyuğu) festivalı keçirilir.

Bu barədə Yenisabah.az-a tədbirdə iştirak edən tanınmış müğənni Əlikram Bayramov məlumat verib.

Onun sözlərinə görə,  tədbir şəhərin Mərkəzi Parkında keçirilir. Toyuqlu pizza

Festivalda hind toyuğundan hazırlanmış yerli təamlar nümayiş olunur və kənd məhsullarından təşkil olunmuş satış yarmarkaları keçirilir:

“Hazırda Biləsuvarda hinduşka bayramıdır. Çox gözəl bayramdır, maraqlı keçirilir. Mən də burada çıxış edəcəyəm. Hər il noyabrın 26-sı keçirilir”.

Söhbət əsnasında Ə.Bayramov Biləsuvar rayon Mədəniyyət Mərkəzinin direktor müavini təyin olunması barədə də danışıb:

“Mən 6 ildir ki, Mədəniyyət Mərkəzində bədii tərtibatçıyam. Biləsuvara köçməmişəm. Mənim işim Bakıdadır. Amma tez-tez doğma rayonuma gəlirəm. Məni o vaxt Ulu Öndər Bakıya aparıb, güclə gedib ora çıxmışam, necə köçüm?”

Əsmətxanım RZAZADƏ 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!