Azərbaycanın bu rayonunda insanlara pul paylanılır? - Açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanın bu rayonunda insanlara pul paylanılır? - Açıqlama

Sosial

10 Noyabr 2022 19:21 1204


İmişlidə Zəfər Günü ilə əlaqədar müharibə veteranları, eləcə də digər sosial qruplara aid şəxslərə 100 manat pul verilir.

Yenisabah.az xəbər verir ki, bu barədə Baku.ws-in “qaynar xətt”inə müharibə veteranlarından biri məlumat verib.

O bildirib ki, yerli poçt şöbəsinə yaxınlaşaraq həmin məbləği almaq mümkündür. Dominos pizza

Məsələyə aydınlıq gətirmək üçün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC-yə müraciət etdik. Qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afaq İbrahimova məlumatı təsdiqləyib:

“Azərbaycan Respublikası Prezidentinin 03.06.2019-cu il tarixli, 719 nömrəli Fərmanı ilə təsdiq edilmiş “şəhər və rayonlar üzrə vergi orqanlarının xətti ilə dövlət büdcəsinə nəzərdə tutulan daxilolmalardan büdcə ilinin sonuna qədər daxil olan vəsaitin müəyyən hissəsinin həmin şəhər, rayonların sərəncamında və istifadəsində saxlanılması” Qaydasına əsasən, İmişli Rayon İcra Hakimiyyəti tərəfindən şəhid ailələri, qazilər, Vətən müharibəsi iştirakçıları və aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə vəsait ayrılıb.

Vətəndaşlara maddi yardımın verilməsi prosesi İmişli Rayon İcra Hakimiyyəti və İmişli Regional Poçt Filialı arasında bağlanılmış müqaviləyə əsasən poçt filialı tərəfindən həyata keçirilir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!