Azərbaycanın məşhur diktoru 103 yaşında   VƏFAT ETDİ - FOTO

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanın məşhur diktoru 103 yaşında VƏFAT ETDİ - FOTO

Hadisə

02 Sentyabr 2026 23:10 366


Azərbaycan Respublikasının əməkdar artisti Züleyxa Hacıyeva 103 yaşında vəfat edib.

"Yeni Sabah" xəbər verir ki, Züleyxa Hacıyeva 25 avqust 1923-cü ildə Bakı şəhərində dünyaya göz açıb.

Azərbaycan Sənaye İnstitutunu bitirən Züleyxa Hacıyeva müxtəlif vəzifələrdə çalışıb. O həm də XX əsrdə Azərbaycanın 10 ən görkəmli idmançılarından biri kimi tarixə düşüb. Züleyxa Hacıyeva gimnastika üzrə 7 dəfə Azərbaycan çempionu (1941-48) olub. 2002-cildən etibarən Azərbaycan Respublikasının Prezidentinin fərdi təqaüdçüsü olub. Dördpendirli pizza

Züleyxa Hacıyeva 1952-1955-ciillərdə Bakı Şəhər Bədən Tərbiyəsi və İdman Komitəsində sədr müavini  işləyib, 1942-1992-ci illərdə Azərbaycan radiosunun diktoru olub. Azərbaycan radiosunda bir çox verilişlərin (Səhər gimnastikası, "Poeziya dəqiqələri", "Axşamınız xeyir" və s.), aparıcısı olub./Ölkə.az

Allah rəhmət eləsin!


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!