İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hesabatına əsasən, bu ilin yanvar-avqust aylarında qeyri-neft-qaz sektoru üzrə ixracın həcmi (qeyri-monetar qızıl nəzərə alınmadan) keçən ilin müvafiq dövrü ilə müqayisədə 17,6 faiz artaraq 2,8 milyard dollar səviyyəsinə çatıb.
“Yeni Sabah” xəbər verir ki, yalnız avqust ayında qeyri-neft sektoru üzrə xarici bazarlara 350,8 milyon dollar dəyərində məhsul çıxarılıb ki, bu da illik müqayisədə 13 faizlik artım deməkdir. Müvafiq ayda qeyri-yeyinti məhsullarının ixrac dəyəri 11,4 faiz yüksələrək 251,1 milyon dollar, yeyinti məhsulları üzrə daxilolmalar isə 80,7 milyon dollar təşkil edib.
Hesabat dövründə xaricə satışı ən çox kəskinləşən məhsul şəkər olub - ixrac dəyəri 2,3 dəfə artıb. Bununla yanaşı, digər əsas məhsullar üzrə də ciddi yüksəliş dinamikası qeydə alınıb: pizza
Pambıq ipliyi: +62,2%
Alüminium və ondan hazırlanan məmulatlar: +42,8%
Bitki və heyvan mənşəli piy-yağlar: +30,2%
Qara metallar və onlardan hazırlanan məmulatlar: +20,5%
Pambıq lifi: +17,8%
Meyvə-tərəvəz: +13,7%
Çay: +12,1%
İlin ilk 8 ayında kənd təsərrüfatı və emal sektoru da yüksək göstəricilər nümayiş etdirib. Aqrar məhsulların xarici satışı 19,2 faiz artaraq 732 milyon dollara, aqrar-sənaye məhsullarının ixracı isə 22,1 faiz artaraq 255,8 milyon dollara yüksəlib. Əhalinin kənd təsərrüfatı və emal sənayesi üzrə ümumi xarici ticarət gəliri 19,9 faiz artaraq 987,8 milyon dollara çatıb.
Telegram kanalımız