Azərbaycanlı müğənni İsveçrəyə köçüb

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanlı müğənni İsveçrəyə köçüb

Şou

20 Mart 2023 14:30 1740


Aşıq Ulduz Sönməz müğənni qızı Sədaqət Ulduzun Azərbaycandan köçdüyünü açıqlayıb. 

İfaçı bu haqda "Zaurla Günaydın" verilişində danışıb. O bildirib ki, qızını efirdə görünməməsinə səbəb xaricdə yaşamasıdır:

"Qızım ailə qurdu. Həyat yoldaşı İsveçrədə yaşayır, o da oradadır. Burada da evləri var, amma kürəkənim iş adamıdır. İşi də oradadır. Bir dəfə gedib qızımı görmüşəm. Yenə getməyi düşünürəm. İndi Hollandiyaya gəzməyə gediblər, qayıdacaqlar İsveçrəyə". Marqarita pizza

Qeyd edək ki, Sədaqətin Bakıdakı toyu bəysiz olmuşdu. O, oğlan toyunun başqa ölkədə baş tutduğunu demişdi. Sədaqət 2019-cu ildə ailə qurub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!