Azərbaycanlılar ən çox hansı brauzerdən istifadə edir?

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanlılar ən çox hansı brauzerdən istifadə edir?

Rəqəmsal

02 Sentyabr 2026 13:01 31


Bu ilin avqustunda Azərbaycanda bütün qurğular üzrə “Chrome” brauzeri liderliyini qoruyub.

“Yeni Sabah” “Statcounter” agentliyinə istinadən xəbər verir ki, həmin ay brauzerin ölkə üzrə ümumi bazar payı 80,48 % təşkil edib. Bu göstərici iyulla müqayisədə 0,22 faiz bəndi azalsa da, keçən ilin avqustu ilə müqayisədə 1,7 faiz bəndi çoxdur.

İkinci sırada 7,45 %-lik payla “Safari” (aylıq +0,35 f.b., illik -2,03 f.b.), üçüncü sırada isə 4,82 % göstərici ilə “Firefox” (aylıq +0,11 f.b., illik +3,89 f.b.) qərarlaşıb. Sıralamanı 3,67 % payla "Samsung Internet" (aylıq -0,99 f.b., illik +0,02 f.b.) və 1,91 % payla "Edge" (aylıq +0,58 f.b., illik -0,04 f.b.) tamamlayır. Pepperoni pizza

Ayrı-ayrı platformalar üzrə aparıcı brauzerlərin ilk beşliyi:

Kompüterlərdə: “Chrome” - 83,13 % (aylıq +1,76 f.b., illik +0,81 f.b.), “Firefox” -8,71 % (aylıq -1,14 f.b., illik +6,61 f.b.), “Edge”- 3,93 % (aylıq +0,45 f.b., illik -1,88 f.b.), “Samsung Internet” - 1,72 % (aylıq -0,91 f.b., ötən il payı olmayıb), “Opera”- 1,11 % (aylıq -0,4 f.b., illik -2,66 f.b.).

Mobil cihazlarda: “Chrome”- 78,03 % (aylıq -2,26 f.b., illik +0,92 f.b.), “Safari” -13,51 % (aylıq -2,59 f.b., illik +0,77 f.b.), “Samsung Internet” - 5,48 % (aylıq -0,38 f.b., illik +0,03 f.b.), “Firefox” - 1,26 % (aylıq -0,45 f.b., illik +0,88 f.b.), “Opera”- 0,98 % (aylıq +0,29 f.b., illik -1,14 f.b.).

Planşetlərdə: “Chrome”- 82,81 % (aylıq -1,65 f.b., illik +7,76 f.b.), “Safari”- 8,36 % (aylıq +2,11 f.b., illik -6,98 f.b.), “Android” -3,5 % (aylıq -0,59 f.b., illik -3,63 f.b.), “Samsung Internet” - 3,13 % (aylıq -0,59 f.b., ötən il payı olmayıb), “Yandex Browser” - 0,35 % (aylıq +0,16 f.b., illik -1,14 f.b.).


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!