AZTV-də ilk – Təəccüblə qarşılandı
08 Sen 2019 18:47
1633

AZTV-də ilk – Təəccüblə qarşılandı

Azərbaycan Televiziya və Radio Verilişləri (AzTV) Qapalı Səhmdar Cəmiyyətinin (QSC) tarixində ilk dəfə olaraq qurumun sədri efirə çıxaraq aparıcılıq edib.

“Yeni Sabah” xəbər verir ki, sentiyabrın 4-də Prezident İlham Əliyevin imzaladığı sərəncamla qurumun sədri təyin edilən Rövşən Məmmədov aparıcılıq missiyasını davam etdirərək bu gün axşam 20 00-da AzTV-də “Həftə” analitik proqramını təqdim edib.

Qeyd edək ki, 1956-cıildən – yarandığı gündən indiyə qədər Azərbaycan Televiziyasına bir sıra şəxslər sədrlik edib, amma onlardan heç biri eyni zamanda aparıcılıq etməyib.

Xatırladaq ki, bu il yanvarın 15-də AzTV sədri Arif Alışanov vəzifəsindən azad olunub, sədr səlahiyyətlərinin icrasını həmin gündən son təyinata qədər Rövşən Məmmədov həyata keçiridi. R.Məmmədov əvvəllər AzTV-nin İctimai-siyasi proqramlar və xarici xəbərlər studiyasının direktoru, “Günün nəbzi” verilişinin və “Həftə” analitik proqramının aparıcısı olub.

Oxşar xəbərlər