Bakı istintaq təcridxanasına ayaqqabıda mobil telefon keçirmək cəhdinin qarşısı alındı

saytların hazırlanması

Evə çatdırılma

Bakı istintaq təcridxanasına ayaqqabıda mobil telefon keçirmək cəhdinin qarşısı alındı

Kriminal

28 Avqust 2026 18:45 558


Bəzi hallarda vətəndaşlar tərəfindən penitensiar müəssisələrdə saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsinə və ya ötürülməsinə cəhd göstərilir.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində belə cəhdlərdən daha biri aşkarlanaraq qarşısı alınıb. Dominos pizza

Belə ki, Bakı İstintaq Təcridxanasında həbs edilmiş şəxs üçün tanışı tərəfindən gətirilmiş sovqata baxış keçirilərkən bir cüt ayaqqabının içərisində xüsusi üsulla gizlədilmiş bir ədəd mobil telefon və bir ədəd elektrik qidalandırıcısı (adapter) aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!