Bakı metrosunda bugünkü gecikmə: Səbəb nə imiş?

saytların hazırlanması

Evə çatdırılma

Bakı metrosunda bugünkü gecikmə: Səbəb nə imiş?

Sosial

14 Mart 2024 11:17 547


Bu gün səhər saatlarında Bakı metrosunda qatarların gecikməsi texniki nasazlıq, ciddi nöqsan və sərnişin hərəkətinə mane ola biləcək texniki səbəblərlə bağlı deyil.

Yenisabah.az xəbər verir ki, bunu “Bakı Metropoliteni”nin sözçüsü Bəxtiyar Məmmədov bildirib.

"Bayramqabağı metroda belə hallar olur. Bu sərnişin axınının istiqamətləri ilə bağlı məsələdir. Yeni il, Novruz bayramı və s. ənənəvi, işə gedən sərnişinlərlə yanaşı, bayram hazırlığı görən sərnişinlər də olur. Onlar metrodan az istifadə edən və yaxud ümumiyyətlə istifadə etməyən sərnişinlərdir. Hər bir stansiyada səmtin müəyyən edilməsi ilə bağlı çətinliklər olanda vaqonların qapılarının tutulub saxlanılması halları olur və bu, gecikmələrə səbəb olur", - deyə B. Məmmədov qeyd edib. Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!