Avqust ayında Bakı metrosunda eskalatorların 198 dəfə dayanması qeydə alınıb. Bu halların 164-ü sərnişinlərin davranışı ilə bağlı olub.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Bakı Metropoliteni məlumat yayıb.
Bildirilib ki, eskalatorların dayanmasına 84 halda sərnişinlərin müdaxiləsi, 80 halda isə sərnişinlərin yıxılması səbəb olub.Digər 34 dayanma isə müxtəlif səbəblərlə əlaqədar baş verib. Dominos pizza
Statistikadan görünür ki, eskalatordan istifadə zamanı sərnişinlərin diqqətsizliyi və təhlükəsizlik qaydalarına əməl etməməsi həm eskalatorların fəaliyyətinin dayanmasına, həm də təhlükəli vəziyyətlərin yaranmasına səbəb olur.
Mütəxəssislər eskalatordan istifadə zamanı hərəkət istiqamətində dayanmağı, sürahidən tutmağı, qaçmamağı və digər sərnişinlərin hərəkətinə mane olmamağı tövsiyə edirlər.
Beləliklə, eskalatorların təhlükəsiz və fasiləsiz fəaliyyəti yalnız texniki sistemlərdən deyil, sərnişinlərin davranışından da asılıdır.
Aytac Əliyeva
Telegram kanalımız