Bakıda 3 nəfəri bıçaqlayan dəstə tutuldu

saytların hazırlanması

Evə çatdırılma

Bakıda 3 nəfəri bıçaqlayan dəstə tutuldu

Kriminal

21 Oktyabr 2022 15:48 921


Bakıda 3 nəfəri bıçaqlayan şəxslər tutulub.

Yenisabah.az DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinə oktyabrın 18-də saat 23 radələrində Bakı şəhər sakinləri S.Eyvazov, qardaşı F.Eyvazov və M.Musayevin kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya gətirilmələri barədə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Marqarita pizza

Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bıçaqla xəsarət yetirməklə qəsdən sağlamlığa ağır zərər vurmada şübhəli bilinən Bakı şəhər sakinləri Enur İsmayılov, Kənan Əliyev, Şaiq Musayev, Anar Gərayev saxlanılıb, daha 2 nəfərin isə şəxsiyyəti müəyyən olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!