Bakıda 42, rayonlarda 43 -   HAVA PROQNOZU

saytların hazırlanması

Evə çatdırılma

Bakıda 42, rayonlarda 43 - HAVA PROQNOZU

Sosial

13 Avqust 2023 12:57 1081


Milli Hidrometeorologiya Xidməti avqustun 14-nə gözlənilən hava şəraitini açıqlayıb.

Yenisabah.az xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir, cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 24-29° isti, gündüz 37-40°, bəzi yerlərdə 41-42° isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 50-60 %, gündüz 30-40 % olacaq.

Sabah Azərbaycanın rayonlarında əsasən hava yağmursuz olacaq. Lakin gündüz bəzi yüksək dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Gecə və səhər bəzi rayonlarda duman olacaq, mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 23-27° isti, gündüz 35-40°, bəzi yerlərdə 42-43° isti, dağlarda gecə 18-23° isti, gündüz 29-34° isti olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!