Yay mövsümü başlayandan Bakıda günvurma ilə bağlı müraciətlərin sayı açıqlanıb.
Yenisabah.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.
Qeyd olunub ki, TƏBİB-in tabeliyində olan Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 54 nəfər müraciət edib. Dominos pizza
Onlardan 27 nəfəri hospitalizasiya edilib, 27 nəfərə yerində yardım göstərilib.
Müraciət edənlərdən 40-ı böyük, 14-ü uşaq olub. Hospitalizasiya edilənlərdən isə 20 nəfəri böyük, 7-si uşaq olub.
Telegram kanalımız