Bakıda avtobus sürücüsü döyüldü - Polis hərəkətə keçdi

saytların hazırlanması

Evə çatdırılma

Bakıda avtobus sürücüsü döyüldü - Polis hərəkətə keçdi

Sosial

03 Noyabr 2025 13:08 379


Bakıda sərnişin avtobus sürücüsünü döyüb.

"Yeni Sabah" xəbər verir ki, hadisə oktyabrın 31-də saat 08:50 radələrində olub.

"BakuBus" MMC-nin istismarında olan 20 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkətdə olan avtobusların birində dayanacaqda sürücü və sərnişin arasında anlaşılmazlıq baş verib. Sərnişin qeyri-adekvat davranış nümayiş etdirib və sürücüyə qarşı fiziki təzyiq göstərib. pizza

Hadisə barədə dərhal ərazidə xidmət aparan polis əməkdaşlarına məlumat verilib.

Faktla bağlı aidiyyəti qurum tərəfindən araşdırma aparılır.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli Oxu.az-a bildirib ki, paytaxtın Xətai rayonunda 20 nömrəli müntəzəm marşrut xətti ilə hərəkət edən avtobusun sürücüsü ilə sərnişin arasında yaranmış insidentlə bağlı polisə məlumat daxil olub. Həmin şəxslər ərazi polis orqanına dəvət olunaraq izahatları alınıb. Araşdırmalar davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!