Bakıda binada partlayış: Yaralanan var   - Video

saytların hazırlanması

Evə çatdırılma

Bakıda binada partlayış: Yaralanan var - Video

Hadisə

11 Aprel 2023 10:44 798


Bakıda binada partlayış olub, xəsarət alan var. 

Bu barədə Yenisabah.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, hadisə bu gün səhər saatlarında Nəsimi rayonu, H.Əliyev küçəsində yerləşən çoxmərtəbəli binada baş verib.  Dördpendirli pizza

Dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub. 

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən beşmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsində yerləşən vətəndaşa məxsus ümumi sahəsi 40kv.m olan ikiotaqlı mənzildə ilkin ehtimala görə məişət qazının sızması nəticəsində yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi müəyyən edilib. 

Partlayış dalğasının zərbəsindən otağın pəncərə çərçivəsi yerindən çıxıb, şüşələri qırılıb. Hadisə nəticəsində mənzildə olan bir nəfər vətəndaş xəsarətlərlə xəstəxanaya yerləşdirilib. 

Nazirliyin qüvvələri tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb. 

Faktla bağlı araşdırma aparılır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!