Dana ətinin kiloqramı Bakıda 19 manat, Beyləqanda 17 manat, Bərdədə isə 17 manat 50 qəpiyə satılır. Beləliklə, paytaxtda qiymət bu iki rayonla müqayisədə 1 manat 50 qəpik - 2 manat yüksəkdir. Bərdədə fəaliyyət göstərən qəssab deyir ki, ümumilikdə ətin yerindən alış qiymətləri artsa da, alıcılara gündəlik satışları azalıb.
"Yeni Sabah" "Xəzər" TV-yə istinadla xəbər verir ki, Bakıdakı qəssabların sözlərinə görə, bölgədən gətirilən ətin üzərinə daşınma və satış xərcləri də əlavə olunur. Onlar bildirirlər ki, əvvəl təxminən bir manat olan qiymət fərqi indi bəzi rayonlarla müqayisədə iki manata çatır.
Quzu ətində də bölgə ilə paytaxt arasında qiymət fərqi var. Bölgədə fəaliyyət göstərən qəssablar deyirlər ki, heyvanın çəkisi və yaşı da qiymətə təsir edir. pizza
Bakıda isə 15-17 kiloqramlıq quzuların ətinin bir kiloqramı 21 manata təklif olunur. Əmlik quzuların əti isə daha baha satılır.
Bölgələrdə fəaliyyət göstərən qəssablar ətin qiymətinin son aylar mütəmadi artdığını bildirirlər. Bu artımın davam edəcəyini düşünənlər də var.
Telegram kanalımız