Saat hesabı maaş sisteminin görünməyən tərəfi – İqtisadçıdan xəbərdarlıq

saytların hazırlanması

Evə çatdırılma

Saat hesabı maaş sisteminin görünməyən tərəfi – İqtisadçıdan xəbərdarlıq

İqtisadiyyat

11 Noyabr 2026 17:07 53


İqtisadçı Natiq Cəfərli Azərbaycanda saatlıq əməkhaqqı sisteminin tətbiqi ilə bağlı təklifləri tənqid edib.

“Yeni Sabah” xəbər verir ki, o, saatlıq əməkhaqqının minimum məbləğinin minimum aylıq əməkhaqqının bir saata düşən hissəsindən az olmamasının təklif edildiyini xatırladıb.

N.Cəfərlinin sözlərinə görə, hazırda 400 manat olan minimum əməkhaqqı 5 günlük, 8 saatlıq iş qrafiki ilə hesablandıqda saatda 2 manat 50 qəpik edir: Bakıda online alış-veriş

“Azərbaycanda saat hesabı əmək haqqı modelinin tədbiqi müzakirə olunur, bəzi təkliflər də var, amma, ciddi sullar da yaranır.

Məsələn, deputat Musa Quluyev deyib ki, sitat: “Təklifdə saatlıq əməkhaqqının minimum məbləğinin minimum əməkhaqqının bir saata düşən məbləğindən az ola bilməyəcəyi də təsbit olunub”.

İndi minimum əmək haqqı 400 manatdır, 5 günlük iş həftəsi, 8 saatlıq iş günü hesabı ilə, 1 saata düşən əmək haqqı 2 manat 50 qəpikdir, həftədə 6 günlük iş qrafiki olanlar üşün isə 2 manat civarındadır. Yaxşı, bundan aşağı ola bilməz – bildik, amma, məsələn, kimisə 2 saatlıq işə qəbul edib, işə görə gündə 5 manat verəcəklərsə, bu kimə sərf edəcək?!

Başqa bir sual: məmləkətdə iqtisadi sistem primitivdir, bəsitdir, bu elə iş yerlərinə də aiddir, yəni, muzdla çalışanların yarısına yaxını dövlət-büdcə işçiləridir ki, onları saatlıq iş qrafikinə necə keçirəcəklər?! Müəllimlər, həkimlər, polis, hüquq-mühafizə, məhkəmə - bunlar necə saatlıq işləyəcək?”.

N.Cəfərli özəl sektorda işəgötürənlərin yeni əməkdaş tapmaq və ona iş öyrətmək üçün vaxt və vəsait sərf etdiyini xatırladaraq, bir iş yerinə bir neçə nəfərin saatlıq əsaslarla cəlb edilməsinin sahibkarlar üçün maraqlı olmayacağını bildirib:

“Özəl sektora isə bu keçidi diktə etmək olmaz, ancaq stimullaşdırmaq olar – yaxşı, özəl sektor bir işçini tapana, ona işi öyrədənə qədər zaman və pul xərcləyir, nədən bir iş yerinə, məsələn, 2-3 adam saat hesabı işə alsın ki?! Xeyri nə olacaq burdan?!

Niyə bu addım atılır, öz fikrimi deyə bilərəm – bu yanaşma daha çox dövlət-büdcə sektorunda olacaq. “Yeni İş yerləri”, indi bu təkliflə yaranacaq, məsələn, A nazirliyində, və ya, B dövlət qurumunda, məsələn, 100 işçi var, ortalama hər biri 1500 manat maaş alırlar. İndi saat hesabı iş qrafikinə keçəndə iş yeri sayı sabit qalacaq, amma, işçi sayı kəskin artacaq. Bu addım, güya, dövlət büdcəsinə qənaət və sosial addım kimi də qələmə veriləcək (indi ixtisarlar var idi, bu ciddi narazılıq yaradırdı). Yəni, məsələn, A nazirliyi heç kimi işdən çıxartmadan, daha 100 işçi götürəcək, işçi sayı olacaq 200, amma, hər biri 4 saat işləyəcək, 4 saata, məsələn, 600 manat alacaq, 2 nəfərə olacaq 1200 manat, deməli, iş yerini ixtisar etmədən, hətta işçi sayını artıraraq, güya, yeni iş yerləri yaradaraq 300 manat bir iş yeri vahidində qənaət ediləcək.

“Dahiyanədər”, yəni, heç nəyi dəyişmədən, çox şeyi dəyişmiş kimi göstərmək cəhdidir”.

Aydan Hacı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!