Bakıda itkin düşən qız tapılıb.
“Yeni Sabah” APA-ya istinadən xəbər verir ki, Hövsan qəsəbə sakini, 2002-ci il təvəllüdlü Aytac Cəlilova yanvarın 30-da yaşadığı evdən çıxaraq geri qayıtmayıb.
Bu barədə onun ailə üzvləri Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Bölməsinə məlumat verib. pizza hut
Daxil olan məlumat əsasında keçirilən müvafiq araşdırmalar nəticəsində A.Cəlilova tapılaraq ailəsinə təhvil verilib.
Telegram kanalımız