Bakıda koronavirusa görə bağlanan məktəb açıldı

saytların hazırlanması

Evə çatdırılma

Bakıda koronavirusa görə bağlanan məktəb açıldı

Sosial

15 Fevral 2022 10:57 558


Bakıda koronavirusa görə bağlanan 188 nömrəli tam orta məktəbdə əyani dərslər bərpa edilib. 

Bu barədə Yenisabah.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, məktəbin müəllim-şagird heyəti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş karantin müddəti başa çatıb. Marqarita pizza

“Qeyd edək ki, təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur”, - idarədən qeyd edilib. 

Nəzrin Vahid 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!