Gürcüstan Baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani fevralın 19-da Azərbaycana səfər edəcək.
Yenisabah.az xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.
Bildirilib ki, D. Zalkaliani fevralın 19-da Bakıda keçiriləcək Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin üçtərəfli görüşündə iştirak edəcək. Dominos pizza
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu isə Bakıya fevralın 18-i axşam saatlarında səfər edəcək. Türkiyəli nazirin rəsmi görüşləri fevralın 19-u həyata keçiriləcək və onun səfəri həmin gün başa çatacaq. (Report)
Telegram kanalımız