Bakıda oğurluq şəbəkəsinə zərbə – 5 nəfər tutuldu

saytların hazırlanması

Evə çatdırılma

Bakıda oğurluq şəbəkəsinə zərbə – 5 nəfər tutuldu

Kriminal

02 Sentyabr 2026 11:31 48


Paytaxtın müxtəlif ərazilərində motosiklet və mopedlərin oğurlanması ilə bağlı polisə məlumatlar daxil olub.

Yeni Sabah xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) yaydığı məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində Binəqədi rayonunda müxtəlif markalı iki motosiklet, Nəsimi rayonunda isə moped oğurlamaqda şübhəli bilinən 5 nəfər müəyyən edilərək saxlanılıb.

Saxlanılan şəxslərin S.Rüstəmov, T.Məmmədzadə, İ.Abışzadə, A.İsmayılov və F.Sultanzadə olduğu bildirilib. Sezar pizza

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!