Bakıda qadın ətçəkən mikserə düşərək ölüb.
Yenisabah.az xəbər verir ki, hadisə Qaradağ rayonu ərazisində yerləşən sexlərin birində baş verib.
Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, Qaradağ rayonu ərazisində yerləşən ət kəsim sexlərindən birində xadimə işləyən 1982-ci il təvəllüdlü Rəqsanə Pirməmmədovanın elektrik mikserini təmizləyən zaman qurğunun hərəkətə gəlməsi nəticəsində qurğunun hissələri arasında qalaraq aldığı xəsarətlərdən hadisə yerində ölüb. Dominos pizza
Qeyd olunub ki, fakta bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə istintaq davam edir./APA
Telegram kanalımız