Bakıda xəsarətlə nəticələnən döyülmə hadisəsi baş verib.
Yenisabah.az xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.
Belə ki, 1968-ci il təvəllüdlü Məmmədova Zülfiyyə Ağahüseyin qızı qonşusu ilə mübahisə zamanı döyülüb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. pizza sifarişi
Müayinə zamanı ona sağ əlin sınığı diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır./Report
Telegram kanalımız